Əfqanıstanda son sutka ərzində 60 terrorçu zərərsizləşdirilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Xəbərdə qeyd edilir ki, zərərsizləşdirilənlərdən 3-ü İŞİD silahlısıdır.
Hərbi əməliyyat aviasiya və artilleriyanın köməyi ilə Əfqanıstanın 13 vilayətində keçirilib. Ölkənin hərbi qulluqçuları arasında itkilərin olub-olmaması barədə məlumat verilmir.