Xəzər Xəbər

Polşada Lex Kaçinskinin təyyarəsinin “qara qutusu” partlayış anını qeydə alıb

Dünya | 09:11 • 15 Oktyabr 2017
Polşada Lex Kaçinskinin təyyarəsinin “qara qutusu” partlayış anını qeydə alıb

Polşada komissiya prezident Lex Kaçinskinin təyyarəsinin "qara qutusu”nun partlayış anını qeydə aldığını müəyyənləşdirib. 


 "RİA Novosti”nin xəbərinə görə, bu barədə Polşanın müdafiə naziri Antoniy Maçereviç bildirib.

"Biz "qara qutu”lardan birinin partlayış anını qeydə aldığını müəyyənləşdirdik. Biz hazırda bu elektron yazının təhlili ilə məşğuluq”, - deyə komissiyanın məlumatında bildirib. Komissiyadan məsələ ilə bağlı bağı hər-hansı şərh verilməyib.

Bundan əvvəl Rusiya İstintaq İdarəsi Polşa tərəfinin Kaçinskinin təyyarəsinin qanadında partlayış izlərinin aşkarlanmasına dair məlumatları təkzib edib.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.

Xəbər lenti

Çox oxunanlar