Xəzər Xəbər

Şimmoe vulkanında püskürmə başlayıb

Dünya | 10:27 • 11 Oktyabr 2017
Şimmoe vulkanında püskürmə başlayıb

Yaponiyanın Kirişima dağ silsiləsində yerləşən Şimmoe vulkanında kiçik püskürmə başlayıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.


Meteoroloqlar təqribən 380 metr hündürlüyündə tüstü qeydə alıblar. Bu ayın əvvəllərində vulkanda fəallıq hiss edən meteoroloqlar təhlükə dərəcəsini ikinci həddə qədər qaldırıblar. Bu, vulkandan bir kilometr məsafədə iri daşların düşməsi təhlükəsinin yarandığını bildirir və həmin səbəbdən vulkana gedən yollarda hərəkət qadağan olunub.


Meteoroloqların qənaətinə görə, vulkanın fəallığı hələ bir müddət davam edəcək və buna görə də təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Vulkandan 10 kilometr məsafədə yerləşən Takaharu şəhərində vulkanik kül də qeydə alınıb.


Şimmoe vulkanı Yaponiyanın Miyazaki və Kaqoşima prefekturalarının sərhədində yerləşir. Onun sonuncu dəfə püskürməsi 6 il bundan əvvəl qeydə alınıb.

Xəbər lenti