Xəzər Xəbər

İsrail və Rusiyanın son 2 günlük fəaliyyəti: 79 dinc sakin qətlə yetirildi

Dünya | 17:29 • 6 Oktyabr 2017
İsrail və Rusiyanın son 2 günlük fəaliyyəti:

Suriya ilə İraq sərhədində yerləşən Deyr-əz-Zor şəhərinə son 48 saatda bir neçə dəfə hava hücumları təşkil edilib.

Hücum nəticəsində 79 dinc sakin həlak olub, onlarla sakin yaralanıb.

Şəhərdəki aktivistlərdən biri Ahid Sileybi mətbuata verdiyi açıqlamada şəhərin Rusiya və İsrailə aid təyyarələr tərəfindən bombalandığını bildirib: "Rus təyyarələri Deyr-əz-zor yaxınlığındakı Fırat çayını keçməyə çalışan dinc sakinlərin karvanını hədəf aldı. Hücumda neçə sakinin öldüyünü və yaralandığını isə bilmirik”./publika.az

Xəbər lenti

Çox oxunanlar