Xəzər Xəbər

Venesuela prezidenti Türkiyədə səfərdədir

Dünya | 14:20 • 6 Oktyabr 2017
Venesuela prezidenti Türkiyədə səfərdədir

Venesuela prezidenti Nikolas Maduro Türkiyədə səfərdədir.

"Anadolu" agentliyi xəbər verir ki, o, oktyabrın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb.

Tərəflər şəkil çəkdirdikdən sonra danışıqlar mətbuat üçün bağlı qapılar arxasında davam edib.

Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyə-Venesuela Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasından deputat olan Kerem Əli Sürekli və parlamentin baş katibi Mehmet Əli Kumbuzoğlu iştirak edib.

Görüşdən sonra Nikolas Maduro parlament binasının 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ)dövlət çevrilişi cəhdi zamanı zərər görən hissəsini ziyarət edib, ora gül qoyub.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarını qəbul edəcək.


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar