Xəzər Xəbər

Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb

Dünya | 14:43 • 3 Oktyabr 2017
Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb

Rusiya Türkmənistanı OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmaya qoşulmağa çağırıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunujurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Türkmənistanlı həmkarlarımızı qaz ixrac edən ölkələr forumuna, həmçinin OPEC+ neft hasilatının azaldılması anlaşmasına qatılmağa dəvət etdik", - A.Novak deyib.

Türkmənistanın OPEC+ anlaşmasında hansı formadaiştirak edəcəyi ilə bağlı suala isə rusiyalı nazir "onlar müşahidəçi kimi iştirak etməyə hazırdırlar. Rəsmi olaraq isə anlaşmada iştirak etmək istəmirlər. Ancaq neft bazarının cari vəziyyətinin müzakirəsinə qatılmağa razıdırlar" deyib.

A.Novak əlavə edibki, Türkmənistan neft hasil edərək ixrac etsə də, bu, böyük həcmdə deyil.

"Report" xəbər verir ki, hazırda Türkmənistanın gündəlik neft hasilatı təqribən 200 min barel/günə yaxındır.

Xəbər lenti

Çox oxunanlar