Xəzər Xəbər

“Şimali Koreya lideri ağlını itirib” Tramp

Dünya | 16:24 • 22 Sentyabr 2017
“Şimali Koreya lideri ağlını itirib”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya lideri Kim Çen In ağlını itirib.

Bu barədə Ağ Ev rəhbəri öz "Twitter” səhifəsində yazıb.

"Şimali Koreya lideri öz xalqının aclıqdan ölməsinə tamamilə sakit baxa bilən ağlsızdır”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, Kim Çen In "misli görünməmiş çətinliklərlə” qarşılaşacaq.

Qeyd edək ki, Kim Çen In Trampı "ruhi xəstə” adlandıraraq təhdid etmişdi.

Xəbər lenti

Çox oxunanlar