Xəzər Xəbər

Saakaşvili: Mənim pasportum Poroşenkodadır

Dünya | 13:43 • 12 Sentyabr 2017
Saakaşvili:
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, onun pasportu Ukrayna prezidenti Pyotr Poroşenkonun kabinetində yerləşir. Bu iddia ilə Lvovda yerləşən "Leopolis" hotelində Saakaşvili özü çıxış edib.

Ukrayna dövlət sərhəd xidmətinin əməkdaşları ölkə ərazisinə qanunsuz daxil olduğu üçün Mixail Saakaşviliyə hüquq pozuntusu protokolunu təqdim etmək istəsələr də, sabiq qubernator bundan imtina edib. O, protokolu qanun pozuntularına görə qəbul etmək istəməyib.

Hüquq-mühafizə orqanı əməkdaşlarının sənədləri təqdim etmək xahişinə cavab olaraq Saakaşvili bunları deyib: "Rəsmən bəyan edirəm ki, mənim pasportum Pyotr Alekseyeviç Poroşenkonun otağında yerləşir".

Saakaşvilinin sözlərinə görə, sentyabrın 10-də polislər avtobusda ondan pasportunu oğurlayaraq birbaşa prezidentin kabinetinə aparıblar. /faktxəbər

Xəbər lenti

Çox oxunanlar