Xəzər Xəbər

Prezident onu da Ağ Evdən qovdu

Dünya | 13:26 • 20 Avqust 2017
Prezident onu da Ağ Evdən qovdu

"New York Times" qəzeti maraqlı iddia ilə çıxış edib.

Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş strateq vəzifəsində olan Stiv Bannonı qovub. Buna səbəb kimi ölkə boyu yayılan "ağ" irqçilərin aksiyalarıdır.

Qəzet iddiasını Bannona yaxın bir mənbəyə əsaslanıb, Stiv Bannonun istefa məktubunu 7 avqustda Trampa vermək məcburiyyətində qaldığı iddia olunub.

Prezidentin Bannonun istefasını bu həftə ərzində açıqlamağı planlaşdırdığı, ancaq Virciniyadakı hadisələrdən sonra qərarını təxirə saldığı bildirilir.

Donald Tramp bundan əvvəl Stiv Bannonun Milli Təhlükəsizlik Şurasındakı vəzifəsindən azad etmişdi.

Xəbər lenti