Xəzər Xəbər

Suriyada müharibə başa çatır – Rəsmi Dəməşq

Dünya | 16:50 • 18 Avqust 2017
Suriyada müharibə başa çatır

Suriya prezidenti Bəşər Əsədin müşaviri Buteynə Şaban ölkədə 6 ildir ki, davam edən müharibənin sona yaxınlaşdığını bildirib.

Dövlət müşaviri müharibənin başa çatmasında İranın və Rusiyanın rolunu xüsusilə vurğulayıb.

Buteynə Şaban qeyd edib ki, üsyançıların xaricdən aldığı dəstək dayandırıldığı üçün artıq onların gücü qalmayıb.

"Terrorizmə qarşı mübarizə apardığımız kimi torpaqlarımızda mövcud olan istənilən qeyri-legitim qüvvələrə qarşı, bu qüvvələr ABŞ və ya Türkiyə olsa belə, mübarizə aparacağıq” – deyə Şaban qeyd edib.

2011-ci ildən etibarən başlayan müharibə nəticəsində 100 minlərlə insan həlak olub. 11 milyondan çox suriyalı evlərindən köçkün düşüb.

AzNews.az

Xəbər lenti