Xəzər Xəbər

Marsda sirli su anbarı TAPILDI

Dünya | 12:05 • 18 Avqust 2017
Marsda sirli su anbarı

Marsda buz formasında böyük həcmdə su tapılıb.

Nadir tapıntını ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssisləri əldə edib.

Onların araşdırması göstərib ki, Marsda ekvatora yaxın yerdə buz halında böyük həcmdə su var. "Mars Odyssey” orbit aparatından əldə edilən göstəricilərin təkrar təhlili belə nəticəyə gəlməyə əsas verib. Sözügedən aparat Marsın səthində 4 min km məsafədə yerləşir. Buna görə də bəzi alimlər hesab edir ki, o, suyun həcmini müəyyən edə biməz. Qırmızı planetdə buzun olduğunu hələ 2002-ci ildə alimlər deyirdi, ancaq həmin buzun ekvatora yaxın ərazidə olması təxmin olunmurdu.

Xəbər lenti