Türkiyənin Batman bölgəsində terrorçular tərəfindən kustar üsulla hazırlanan bomba partladılıb.
Hərbi avtomobil karvanının hərəkəti zamanı baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Qaçan terrorçuların tutulması üçün bölgədə əməliyyat keçirilir.