Xəzər Xəbər

Şahzadə həyat yoldaşının yanında dəfn edilmək istəmədi - “Kral” titulu verilmədiyinə görə

Dünya | 12:06 • 4 Avqust 2017
Şahzadə həyat yoldaşının yanında dəfn edilmək istəmədi -

Danimarkanın kraliçası Margrethenin həyat yoldaşı Danimarka Şahzadəsi Henrix özünə indiyə qədər "kral" titulu verilmədiyi üçün öləndən sonra həyat yoldaşı ilə eyni yerdə dəfn edilməyi rədd edib.

Danimarka Kral Sarayı Henrixin bu qərarını təsdiq edib. Danimarka Kraliçası Margrethe ilə 50 ildir evli olan Şahzadə Henrik, özünə "Şahzadə" yerinə "Kral" titulunun verilməməsindən məmnun olmadığını uzun illərdir ki, müxtəlif yollarla dilə gətirib. Danimarka Kral Sarayından verilən məlumatda Şahzadənin Danimarka monarxiyası içindəki rolu və ünvanından məmnun olmadığı bildirilir:

"Şahzadənin öldükdən sonra həyat yoldaşı Kraliçanın yanında dəfn edilmək istəməməsi arzu etdiyi rol və unvana sahib olmamasından qaynaqlanan, həyat yoldaşı ilə bərabər tutulmamasının təbii bir nəticəsidir".

Danimarka Kraliçası, 77 yaşlı Margrethe həyat yoldaşı Şahzadə Henrixin qərarını anlayışla qarşılayıb./AzNews.az

Xəbər lenti