Xəzər Xəbər

Tramp “Green Card”ı ləğv edir

Dünya | 10:30 • 3 Avqust 2017
Tramp “Green Card”ı ləğv edir

ABŞ hökuməti hər il keçirilən "Green Card" pulsuz lotereya proqramından imtina edə bilər.  "Washington Times" xəbər verir ki, Donald Trampın administrasiyası ölkənin immiqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı qanun layihəsi təklif edib.

Tramp sənədi "yarım əsrin ən böyük immiqrasiya islahatı" adlandırıb. "RAİSE, Reforming American İmmigration for Strong Employment" adlı layihəyə əsasən, yalnız maliyyə imkanları olan şəxslər ABŞ-a gələ biləcəklər.

Qeyd edək ki, hazırda qüvvədə olan "Müxtəlif xalqlardan olan immiqrantlar üçün immiqrasiya proqramı" proqramı ("Diversity Visa") ABŞ-da 1990-cı ildən qüvvədədir. Bu proqram çərçivəsində hər il 50 min insan ABŞ-da çalışmaq və yaşamaq icazəsi alır./azvision.az

Xəbər lenti