Ukrayna üzrə Minsk sazişləri həyata keçirilmədən Rusiya üzərindən sanksiyaların götürülməsi mümkünsüzdür. Bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
"Biz həmişə Minsk sazişlərinin icrasının vacibliyini vurğulayırıq, bu baş verməzsə, Ukrayna ilə bağlı tətbiq edilən sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyə Tillerson vurğulayıb.