Xəzər Xəbər

Daşqınlar 10 nəfərin ölümünə səbəb oldu 40 milyon ziyan dəydi

Dünya | 12:50 • 25 İyul 2017
Daşqınlar 10 nəfərin ölümünə səbəb oldu

Çinin Yunnan vilayətində mövsümi yağışlarla əlaqədar baş verən daşqınlar nəticəsində 10 nəfər həlak olub.

Fəlakət bölgəsində yüzlərlə evi su basıb. Yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Bəzi qəsəbələr şəhər mərkəzindən təcrid olunub. Rəsmilər azı 1200 nəfəri təbii fəlakət bölgəsindən təxliyə ediblər.

Məlumata görə, Yunnan vilayətinin 45 rayonunda 6 gündür ki, fasiləsiz yağışlar yağır. Bu isə bölgədə şiddətli sel və daşqınlara səbəb olur.

Təbii fəlakət bölgəyə 40 milyon dollar həcmində ziyan vurub.

AzNews.az

Xəbər lenti