Xəzər Xəbər

Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək

Dünya | 09:06 • 23 İyul 2017
Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu gün Fars körfəzinin üç ölkəsinə - Səudiyyə Ərəbistanı, Qətər və Küveytə turnesi başlayır.

Xezerxeber.az-ın xəbərinə görə, Ərdoğanın Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Əl Səud, Küveyt əmiri şeyx Sabah Əl Əhməd Əl Cabir Əs-Sabah və Qətər əmiri şeyx Tamim bin Həməd Əl Tani ilə danışıqlar aparacağı gözlənilir.

Ərdoğanın ikigünlük səfərinin əsas məqsədi Qətər ətrafındakı böhranla əlaqəli ölkələr arasında dialoqu bərpa etməkdir.

Xəbər lenti