Xəzər Xəbər

Türkiyədə hərbi avtomobilə hücum: 3 əsgər şəhid olub

Dünya | 20:16 • 27 İyun 2017
Türkiyədə hərbi avtomobilə hücum:

İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə geniş əməliyyat aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar