Xəzər Xəbər

Cənubi Koreya prezidenti Kim Çen Inla görüşə hazırlaşır

Dünya | 12:46 • 21 İyun 2017
Cənubi Koreya prezidenti Kim Çen Inla görüşə hazırlaşır
Cənubi Koreya prezidenti Mun Je İn ilin sonuna qədər Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşmək niyyətində oluduğunu bəyan edib. Bu barədə Mun Je İn "CBS News" telekanalına müsahibəsində deyib.

"Əlbəttə, ümid edirəm ki, bu ilin sonunadək bu cür dialoq üçün münasib şərait olsun. Ancaq bu, o demək deyil ki, biz səbirsizliklə dialoqu gözləməliyik",-deyə Cənubi Koreya prezidenti əlavə edib.

Qeyd edək ki, Koreya liderlərinin görüşü iki dəfə 2000 və 2007-ci illərdə Pxenyanın keçmiş lideri Kim Çen İrin hakmiyyəti dövründə baş tutub./faktxəbər

Xəbər lenti