Xəzər Xəbər

Cəbhədə daha bir erməni hərbçi öldürülüb

Dünya | 20:41 • 25 Aprel 2017
Cəbhədə daha bir erməni hərbçi öldürülüb

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.


Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.


Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.


Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.



Xəbər lenti