Xəzər Xəbər

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib

Dünya | 13:48 • 24 Aprel 2017
Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib

ABŞ müdafiə naziri Ceyms Mettis Əfqanıstana səfər edib.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əvvəlcədən elan olunmamış səfər zamanı C. Mettis amerikalı hərbçilər və Əfqanıstan rəhbərliyi ilə görüşlər keçirəcək.

Pentaqon rəhbərinin səfəri bu ölkənin müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunlarının qərargah rəisi Qədəm Şah Şəhinin istefa verdikləri zamana təsadüf edib. Hər iki yüksək vəzifəli hərbçi ötən həftə Taliban qruplaşması tərəfindən həyata keçirilən və azı 170 nəfərin ölümünə səbəb olan hücuma görə istefaya gedib.

Xəbər lenti