Xəzər Xəbər

Saakaşvili bu telekanalda şou aparıcısı oldu

Dünya | 09:50 • 25 Mart 2017
Saakaşvili bu telekanalda şou aparıcısı oldu

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünə yeni iş yeri tapıb.


İstiPress-in məlumatına görə, gürcü siyasətçi Ukraynanın ZİK telekanalında aparıcı olub. Bu barədə Ali Radanın deputatı Borislav Bereza Facebook səhifəsində yazıb.


Onun sözlərinə görə, bu günlərdə ZİK telekanalından ona zəng gəlib və yeni tok-şouya dəvət ediblər. Həmin tok-şounun aparıcısı Mixail Saakaşvilidir.


"Yeni trend – siyasətçi aparıcı. Rabinoviç, Lyaşko və indi Saakaşvili”, - deyə Bereza bildirib.

Xəbər lenti