Xəzər Xəbər

Mütəxəssis: Səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir

Cəmiyyət | 16:21 • 27 Mart 2024
Mütəxəssis: Səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir

“Səhər yeməyinin insana bir çox faydaları var, lakin bir şərtlə ki, səhərlər şirin çay içməyi unutmaq lazımdır, sadə təzə dəmli çay kifayət edir”.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, bir çox millətlərdə hətta səhər yeməyi ənənəsi var: “Səhər yeməyi ilk öncə axşamdan mədədə toplanan turşu hovuzu üçün neytrallaşdırıcı bir vasitədir, mədə daha sağlam olur. Səhər yeməyi sirkadian ritmini aktiv saxlayır, metabolizmi sürətləndirir. İnsanın faydalılıq əmsalının ən yüksək olduğu məhz səhər saatlarıdır ki, insana bu zaman sağlam enerji lazımdır və biz onu səhər yeməyindən alırıq”.

Mütəxəssis-ekspert bildirib ki, səhər yeməyindən imtina edən insanlar artıq bədən çəkisinə daha çox meylli olurlar: “Fikir versəniz biz əsas Ca, vitamin D kimi immun sistemini aktiv tutan maddələri məhz səhər yeməyində alırıq. Belə ki, yumurta, qaymaq, şor, pendir yeyərək balanslı protein-yağ, az miqdarda şəkər qəbul edirik. Bu qida maddələrinin bölgüsünə fikir verəndə aydın olur ki, səhər yeməyi sağlam qidalanma baxımından çox vacibdir. Uşaq yaşlarından orqanizmi bu vərdişə öyrətmək lazımdır”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar