Xəzər Xəbər

Bakıda tikilməkdə olan evlər söküldü FOTO

Cəmiyyət | 12:25 • 27 Mart 2024
Bakıda tikilməkdə olan evlər söküldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Xəbər lenti