Xəzər Xəbər

Təkrar əlillik təyin olunmuş 24 minə yaxın şəxsə 11 mln. 648 min manat ödənilib

Cəmiyyət | 12:38 • 27 May 2023
Təkrar əlillik təyin olunmuş 24 minə yaxın şəxsə 11 mln. 648 min manat ödənilib

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Beləliklə, həmin aralıq dövrü üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir ötən dövrdə 23,9 min şəxsi əhatə edib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 11 mln. 648 min manat ödənilib".

Xəbər lenti