Xəzər Xəbər

Milli parklara getmək istəyənlər üçün hava proqnozu

Cəmiyyət | 10:13 • 27 May 2023
Milli parklara getmək istəyənlər üçün hava proqnozu

İstirahət və bayram günlərində - mayın 27-29-da milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xezerxeberşaz-a verilən məlumata görə, Samur–Yalama Milli Parkında istirahət günlərində hava əsasən yağmursuz keçsə də, gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.

Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-26° isti olacağı proqnozlaşdırılır.

Ağgöl Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 27-32° isti olacağı ehtimal edilir.

Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 25-30° isti olacaq.

Göygöl Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 19-22° isti olacaq.

Şirvan Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 27-32° isti təşkil edəcək.

Hirkan Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti