Xəzər Xəbər

Nazir məktəblərdəki zəhərlənmə hallarına münasibət bildirib

Cəmiyyət | 12:24 • 26 Aprel 2023
Nazir məktəblərdəki zəhərlənmə hallarına münasibət bildirib

Son zamanlarda təhsil müəssisələrində qidalanma ilə baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir: "Bunlardan biri bufetlərdir. Burada iş özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir.

Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür".

Xəbər lenti