Xəzər Xəbər

Kreditlə bağlı yeni tələblər müəyyənləşir

Cəmiyyət | 16:36 • 1 Fevral 2023
Kreditlə bağlı yeni tələblər müəyyənləşir

İstehlak krediti üzrə istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ilkin məlumatlandırmada istehlak krediti ilə bağlı yarana biləcək bütün zəruri məqamlar barədə istehlakçı məlumatlandırılmalıdır. Bu məlumatlar Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında əks etdirilməlidir. Borcverən tərəfindən verilən məlumatlar aydın və başadüşülən şəkildə ifadə edilməlidir.

İstehlak krediti müqaviləsinə dair tələblər də müəyyən edilir. Müqavilə yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilə bilər. İstehlak krediti müqaviləsinin məzmunu ilə bağlı tələblər ilkin məlumatlandırmada nəzərdə tutulan hallara uyğun olmaqla müqavilə üzrə bütün zəruri şərtləri ehtiva etməlidir. İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi də faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir. Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə müvafiq qaydada məlumatlandırmalıdır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti