Xəzər Xəbər

Yollarda ağırçəkili maşınların hərəkətinə icazə üçün rüsum ödəniləcək

Məbləğ açıqlanıb
Cəmiyyət | 16:21 • 1 Fevral 2023
Yollarda ağırçəkili maşınların hərəkətinə icazə üçün rüsum ödəniləcək

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar