Xəzər Xəbər

MİQ-dən narazı qalanların şikayətinə baxılacaq

Cəmiyyət | 11:47 • 25 Yanvar 2023
MİQ-dən narazı qalanların şikayətinə baxılacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən narazı qalanların apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024