Xəzər Xəbər

Barmaqdan, yoxsa venadan alınan qan analizləri daha dəqiqdir?

Cəmiyyət | 11:29 • 25 Yanvar 2023
Barmaqdan, yoxsa venadan alınan qan analizləri daha dəqiqdir?

Uşaqlıqda yəqin xatırlayırsız, çox vaxt analizlər barmaq ucundan götürülürdü. İndi isə barmaqdan qan analizi az qala tarixə qovuşur. Bircə şəkər xəstələri bu metoddan istifadə edir.

Bəs bu 2 metodla qan analizinin fərqi nədir, niyə əvvəllər venaları az deşirdilər.

Barmaqdan qan götürməj ən ucuz, sadə və tez başa gələn metoddur, düzgün icra olunduqda 20-dən çox analizin cavabı yetəri qədər dəqiq alınır. 

Lakin artıq dövlət poliklinikalarından tutmuş özəllərə kimi bu metodu müasir laboratoriya şərtlərinə cavab vermədiyni, köhnəldiyini bildirir.

Bu metodun bir üstünlüyü də iynə, şpris, qandan qorxan, psixoloji sarsıntı keçirən insanlar üçün daha asan və yüngül olmasıdır.

Çoxuna məlumdur ki, venadan şprislə qan çəkmək qorxusu insanların çoxunda var.
Bir çox hallarda bu analizi evdə də rahat götürmək olur.

Venalar deşilmir, fiziki zədələnmə azdır,xəstələrdə, uşaqlarda qan itkisi az olur. Çünki venoz qan alınanda daha çox qan çəkilir.

Mənfi tərəfləri:

Barmaqdan alınan qan kapilyardır, bir çox ağır xəstəliklərdə analiz üçün dəqiq deyil.

Qan damcı ilə götürüldüyü üçün analiz nəticəsinin yanlış çıxmasına səbəb ola bilir, bu da o halda olur ki, laboratoriya işçiləri səhvə yol versin.

- Əgər nəticə şübhəli olarsa, laborantın əlində əlavə qan olmur ki, təkrar yoxlasın.

Venapunksiya ilə alınan analiz qızıl standartdır, lakin venanın ciddi zədələnməsinə, iynənin yan düşməsinə, qolda travma, şişkinliyə səbəb olur və xəstələrə stress yaşadır.

Çox tibb işçiləri uyğun venaya düşməyə də çətinlik çəkir.

Analizə lazım olduğundan çox qan çəkilir. Əgər bir insan ard-arda 3-5 dəfə venoz analiz verərsə, bu 40-50 ml qan itkisi deməkdir.

Ümumiyyətlə, venaları lazım oldu-olmadı deşmək tövsiyə olunmur. (Medicina)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti