Xəzər Xəbər

Xaricdə klinik ordinatura təhsili almış şəxslər üçün imtahanlar keçirilir

Cəmiyyət | 12:34 • 25 Yanvar 2023
Xaricdə klinik ordinatura təhsili almış şəxslər üçün imtahanlar keçirilir

Səhiyyə Nazirliyi 2011-ci ildən xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanlarının mərhələli şəkildə keçirilməsinə başlayıb.

Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb. 

Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.

Qeyd olunan Əmrə və Qərara əsasən 07.12.2022-ci il tarixinədək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb.

İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti