Xəzər Xəbər

Bu il 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində artımlar avtomatik şəkildə tətbiq olunub

Cəmiyyət | 10:18 • 25 Yanvar 2023
Bu il 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində artımlar avtomatik şəkildə tətbiq olunub

Pensiya, müavinət və təqaüdlərin təyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, 2022-ci ilin əvvəlindən pensiyaçılara ödənilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə ümumilikdə 1 milyon 115 min insana yönələn pensiyaların, habelə 660 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin edilib. 

Beləliklə, bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində edilən həmin artımlar da onların hər hansı müraciətinə ehtiyac olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-qaydada aparılıb.

Növbəti mərhələdə bütün növ pensiyaların ötən il üzrə müəyyən ediləcək orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq.Həmin pensiya artımları, habelə vətəndaşların pensiya kapitalının indeksləşdirilərək artırılması da e-sistemlər üzərindən avtomatik şəkildə həyata keçiriləcək.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti