Xəzər Xəbər

Laçın şəhəri, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək

Cəmiyyət | 12:34 • 1 Oktyabr 2022
Laçın şəhəri, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib.

Xezerxeber.az xəbər verir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirakı ilə baş tutan səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub. Qeyd edilib ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti