Xəzər Xəbər

DƏMX Sumqayıtda bağçada əmək haqlarının ödənişi ilə bağlı araşdırma aparıb

Cəmiyyət | 12:47 • 26 Sentyabr 2022
DƏMX Sumqayıtda bağçada əmək haqlarının ödənişi ilə bağlı araşdırma aparıb

Sumqayıt şəhəri, 65 nömrəli körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən əmək haqlarının düzgün hesablanıb ödənilməməsi barədə aparılan araşdırmanın nəticəsi açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat paylaşıb.

Onun sözlərinə görə, Nəzərli Sevda Fikrət qızının müdiriyyəti tərəfindən əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət araşdırılıb və cavablandırılıb: “Bildiririk ki, S.Nəzərli orta ixtisas təhsillidir. Təhsil sahəsinə aid olan Vahid–Tarif İxtisas Sorğu Kitabçasına əsasən orta ixtisas təhsilli tərbiyəçilər üçün əməkhaqlarının ödəniş dərəcəsi 12-ci dərəcə ilə ödənilir.

S.Nəzərli tarif maaşı ilə yanaşı, ilin müəyyən vaxtlarında əvəzçilik üzrə işlədiyi iş saatlarına görə əmək haqqına əlavə alıb. Vətəndaşın narazılığı da məhz əvəzçiliyin daimi verilməməsi, verildiyi halda əmək haqqına əlavənin miqdarının düzgün hesablanmaması ilə bağlıdır. Qeyd edək ki, əmək haqqı və ona əlavə işçinin işlədiyi iş saatlarına uyğun olaraq tənzimlənir.

Qanunvericiliyin izahı və müraciətinin öz iştirakı ilə araşdırılması üçün Sevda xanım DƏMX-in Abşeron-Xızı regional şöbəsinə dəvət edilsə də, o müraciətinə dair izahat verməkdən, müvafiq sənədləri (əməkhaqlarının ödənilməsinə dair bank çıxarışı) təqdim etməkdən imtina edib.

Araşdırmanın nəticəsində təqdim olunmuş sənədlərə əsasən müəyyən olunub ki, onun maaşının hesablanıb ödənilməsi qanunvericiliyin tələblərinə uyğun təmin edilib”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti