Xəzər Xəbər

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb YENİLƏNİB

Cəmiyyət | 20:05 • 21 Sentyabr 2022
“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova "APA-Economics"ə bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.

Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

***

19:18

“Bakcell” və NAR mobil operatorlarında şəbəkə problemi yaranıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, problem texniki xarakterlidir.

Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti