Xəzər Xəbər

Dünya çempionuna yeni vəzifə verildi - Vilayət Eyvazov əmr imzaladı

Cəmiyyət | 13:38 • 21 Sentyabr 2022
Dünya çempionuna yeni vəzifə verildi - Vilayət Eyvazov əmr imzaladı

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə idmançının özü məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.

 

Xəbər lenti