Xəzər Xəbər

Bu meyvənin qəbulu qanda insulin və şəkəri normallaşdırır

Cəmiyyət | 13:58 • 12 Sentyabr 2022
Bu meyvənin qəbulu qanda insulin və şəkəri normallaşdırır

Hələ 700 il bundan əvvəl Qədim Çində loğmanlar zirincin faydasını görərək sağlamlığına biganə olmayanların diqqətini bu bitkiyə yönəltmişdilər. Aradan ötən əsrlər zirincin insan orqanizminə nə qədər faydalı təsiri olduğunu bir daha sübut etdi. Zirincin yarpaq və meyvələrindən bir sıra xəstəliklərin müalicəsində istifadə edilmək üçün dərmanlar hazırlanır.

Xezerxeber.az tibbi saytlara istinadla xəbər verir ki, zirinc orqanizmdə qocalma prosesinin sürətini azaldır. Onun lifli quruluşu, antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir.

Çin həkimləri 2-ci tip şəkərli diabet xəstələrinə hər gün zirinc meyvələri qəbul etməyi məsləhət görürlər, çünki onun qanda insulin və şəkəri normallaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi tövsiyə edirlər.

Zirinc psixoloji problemlərin aradan qalxmasına da kömək edir və onu uzun müddət qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində orqanizmin bu vitaminə olan tələbatı ödənilir və müqaviməti artırılır.

Tərkibində 19 müxtəlif amin turşusu olan zirinc əzələlərin möhkəmlənməsinə yardım edir, artıq yağların orqanizmdən xaric olmasını sürətləndirir. Onun meyvəsi mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar