Xəzər Xəbər

Koronavirusa 499 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda indiyədək ümumilikdə 807 516 nəfər koronavirus infeksiyasına yoluxub
Cəmiyyət | 16:52 • 19 Avqust 2022
Koronavirusa 499 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 807 516 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.

Ölkədə son sutka ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.

Xəbər lenti

Çox oxunanlar