Xəzər Xəbər

Yay mövsümi başlayandan neçə nəfəri gün vurub? - TƏBİB AÇIQLADI

Cəmiyyət | 16:53 • 5 Avqust 2022
Yay mövsümi başlayandan neçə nəfəri gün vurub? - TƏBİB AÇIQLADI

Yay mövsümi başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, iyun ayının birindən bu günə kimi müraciət edənlərdən 23 nəfəri hospitalizasiya edilib, 20 nəfər xəstəyə isə yerində yardım göstərilib:

"Müraciət edənlərdən 30-zu böyük, 13-ü uşaq olub. Bundan başqa, hospitalizasiya olunanlardan 16-sı böyük, 7-i uşaqdır”.

Qeyd edək ki, günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır. İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024