Xəzər Xəbər

Payız hazırlığı: Abonentlərin neçə faizi limiti keçib? RƏSMİ

Cəmiyyət | 17:00 • 5 Avqust 2022
Payız hazırlığı: Abonentlərin neçə faizi limiti keçib?

Ötən il oktyabr ayından etibarən əhali üçün yeni qaz limiti və qiyməti tətbiq edilib.

Tarif Şurasının qərarına əsasən, ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. 

Yəni əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 kubmetrə görə 20 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 25 qəpik ödənilir. 

Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər. Qış aylarında mənzillərini təbii qaz vasitəsilə qızdıran insanlar limiti keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu digər tariflə, yəni hər kubmetrə görə, 12 qəpik deyil, 20 və 25 qəpik ödəyirlər. 

“Azəriqaz” İstehsalat Birliyinin aprel ayında açıqladığı son açıqlamaya görə, əhalinin 80 faizi, yəni 1 970 000 abonent aşağı qaz istifadəsi limitini keçməyib. Lakin qurum neçə faiz abonentin limitə yaxınlaşdığını, aşağı limitin neçə faizinin istifadə edilməsi ilə bağlı məlumat verməyib. Əhalinin hazırda neçə faizinin aşağı qaz istifadəsi limitini keçdiyini və abonentlərin bu limitin neçə faizini istifadə etdiyini öyrənməyə çalışdıq. 

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu ilin 6 ayı ərzində 1 686 393 abonent limiti keçməyib: 

“2022-ci ilin 6 ayı ərzində 1 686 393 abonent aşağı tariflə qaz alıb. O cümlədən, qeyd olunmuş dövr ərzində sərfiyyatı 500 kubmetrədək olan abonent sayı 838 min, 500-1000 kubmetr intervalında olan abonent sayı isə 618 min təşkil edir”.

Qeyd edək ki, mayın 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə istismarda olan sayğacların sayı (əhali üzrə – red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır. /Cebhe.info

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
455 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti