Xəzər Xəbər

Zəngəzur dəhlizinin aqibəti NECƏ OLACAQ...

Region ölkələrinin dəstəklədiyi layihənin taleyi necə olacaq? 
Cəmiyyət | 11:30 • 5 Avqust 2022
Zəngəzur dəhlizinin aqibəti NECƏ OLACAQ...

Erməni separatçılarının Qarabağda törətdikləri son təxribatdan sonra Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gəlib. Siyasi müzakirələrdə Ermənistan tərəfinin dəhlizin açılmasına mane olduğu, bu məqsədlə sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə terror-təxribatlarının törədildiyi bildirilir. 

Son proseslər göstərir ki, İrəvan yenə öz destruktiv mövqeyini davam etdirir. Ermənistan tərəfi bir tərəfdən sülhə hazır olduqlarını, Azərbaycana qarşı ərazi iddialarında olmadıqlarını bildirir, digər tərəfdən təxribatlara əl atırlar. Başqa sözlə desək, sülhdən yayınmaq üçün vəziyyəti qəsdən mürəkkəbləşdirirlər. Ermənistanın ikili oyunları iki ilə yaxındır reallaşması gündəmdə olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyir.

Bəs, region ölkələrinin dəstəklədiyi layihənin taleyi necə olacaq? 

Bu barədə danışan politoloq Tofiq Abbasov Ermənistanın ikili mövqe sərgiləməsinin səbəbini İrəvanda vahid aparıcı qüvvənin olmaması ilə əlaqələndirib:

“Ermənistanda vahid aparıcı qüvvə yoxdur. Çoxüzlü siyasət yeridirlər. Nəticədə təzadlı vəziyyət yaranır. Onlar  bir yandan sülh istədiklərini deyirlər, digər tərəfdən revanşizm meyilləri özünü büruzə verir. Nəhayət, situasiyanı elə tərzdə formalaşdırırlar ki, guya onlar Azərbaycana öz istəklərini zorla etdirə bilərlər. Ancaq buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan tam şəkildə özünü təsdiqləyib, regionun güclü liderinə çevrilib. Ermənilərin dərindən sıxıntı yaşamalarının digər səbəbi onların bilavasitə sülh prosesinə hazır olmamaları ilə bağlıdır”.

Politoloqun sözlərinə görə, ermənilər Zəngəzur dəhlizini siyasi alətə çevirməyə çalışırdılar, lakin bunu edə bilmədilər:

"İstəklərinə çata bilməyəcəklər. Nəhayət, özlərini yenə məngənəyə salırlar. İndi manevr imkanları sıfıra bərabərdir. Buna görə də ermənilərin yeganə çıxış yolu odur ki, Azərbaycanın təkliflərini qəbul etsinlər. Bunu etsələr, onlar özləri də fayda görəcəklər. Əks təqdirdə daha pis vəziyyətə düşəcəklər. Zəngəzur dəhlizinin açılmasından başqa onlar üçün heç bir çıxış yolu yoxdur. Bu prosesdə bütün alternativlər Ermənistan üçün sıfırlanıb. Burada alternativlər ancaq Azərbaycan üçün mövcuddur. Bu baxımdan biz təsadüflərə bel bağlaya bilmərik. Ümumiyyətlə, bizim təşəbbüslərimiz, üstünlüyün bizdə olması istər-istəməz elə bir şərait yaradır ki, son sözü Azərbaycan diktə edir. Buna görə də Ermənistan düzgün seçim etməyə çalışmalıdır”.

Politoloq hesab edir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq reallaşacaq:

“Bununla bağlı 2020-2021-ci illərdə bəyannamələr imzalanıb. Ermənistanın bir xeyri ola bilər ki, onlar öz ərazilərində regional dəhlizin qurulmasına, inşasına şərait yaratsınlar. Bundan qazanc əldə edə biləcəklər. Biz artıq İranla da razılaşmışıq. Əgər dəhliz İrandan keçsə, heç nə qazana bilməyəcəklər. Yəni əlverişli şəraiti əldən qaçırarlar. Bu prosesdə bizim heç bir problemli vəziyyətimiz yoxdur. Ermənistan isə problemli vəziyyətdədir. Ölkədaxili qeyri-sabitlik, başıpozuqluq halları Ermənistanın axırına çıxacaq. İndi Ermənistanın ağıllı düşünə bilən adamları deyir ki, Qarabağı yaddan çıxarmaq lazımdır, biz gərək Ermənistanın özünü xilas edək. Əlbəttə, Ermənistan əgər Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də oxşar addımı atacağıq. Eyni zamanda Zəngəzurun statusu məsələsini gündəmə gətirəcəyik. Biz buna qadirik. Bunlar həm də Ermənistan üçün ciddi mesajdır”. (modern) 

 

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti