Xəzər Xəbər

DYP sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət | 11:38 • 5 Avqust 2022
DYP sürücülərə xəbərdarlıq etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edilib.

İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verib:

"Aksiyanın məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitinavtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji əzarətin gücləndirilməsinə bilavasitə xidmət edir:

"Avtomobilin sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olması nə qədər avtomobil ətraf mühitin, insanların zəhərlənməsində başlıca rol oynamış olar. Bəzən sürücülər avtomobillərinin ətraf mühitə vuracağı ziyanı azaltmaq üçün hansı tədbirlər görməli olduqlarını bilmirlər. Yol polisi “Təmiz hava” aylığı çərçivəsində maarifləndirmə işləri aparmaqla sürücüləri nəqliyyat vasitələrini saz vəziyyətə gətirməyə təşviq edir".

"Bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar", - DYP rəsmisi vurğulayıb.

 

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti