Xəzər Xəbər

Bu gün qətlə yetirilən əsgərin FOTOSU: evin tək oğlu imiş FOTO

Yanvarda təxris olunacaqmış
Cəmiyyət | 4,384 | 11:19 • 5 Avqust 2022
Bu gün qətlə yetirilən əsgərin FOTOSU: evin tək oğlu imiş

Bu gün Tovuzda hərbi hissədə qətlə yetirilən əsgər Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kəndində doğulubmuş.

Xezerxeber.az xəbər verir ki, Pünhan evin tək oğul övladı olub, onun iki bacısı var.

O, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vuracaqdı.

Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək.

Qeyd edək ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam edir. (modern) 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024