Xəzər Xəbər

Həkim bu şəxslərə xəbərdarlıq etdi - Yaşı 40-ı keçənlər...

Cəmiyyət | 16:20 • 1 Avqust 2022
Həkim bu şəxslərə xəbərdarlıq etdi - Yaşı 40-ı keçənlər...

Yaşı 40-ı keçənlər təzyiqlərini, şəkəri və xolesterini daim nəzarətdə saxlamalıdır.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim və aparıcı Aleksandr Myasnikov tövsiyə verib. Ekspert bu məsləhətlərin izləyicilərdən biri tərəfindən göndərildiyini, buna baxmayaraq, söylənilən hər bəndlə razılaşdığını vurğulayıb.

"40-dan 90-na" olanlar üçün tövsiyədə həmçinin triqliserid və sidik turşusunu yoxlamaq tövsiyə edilir.

"Bu yaş kateqoriyasında olanlar duz, şəkər, ağ un, süd məhsulları, işlənmiş qidalar və bulyon kublarının qəbulunu minimuma endirməlidirlər. Çoxlu miqdarda tərəvəz, paxlalılar, lobya, qoz-fındıq, yumurta, soyuq preslənmiş yağlar və meyvələr istehlak etmək lazımdır", - deyə müəllif əlavə edib.

Bundan başqa insanlar çox gülümsəməyə, öz templərində idman etməyə, çəkilərinə nəzarət etməyə və ailələri ilə vaxt keçirməyə təşviq edilib.

"Su içmək üçün susamağı, istirahət etmək üçün yorulmağı, tibbi müayinədən keçmək üçün xəstələnməyi, Allaha inanmaq üçün möcüzələrin baş verməsini gözləməyin. Özünüzə olan inamınızı heç vaxt itirməyin", - mətnin müəllifi yazıb.

O, bütün insanları pozitiv qalmağa və həmişə daha yaxşı sabaha ümid etməyə çağırıb.

"Üç şeyi unutmağa çalışmalısınız: yaşınızı, keçmişinizi, şikayətlərinizi. Həyatda vacib olan üç əsas şey isə bunlardır: dostlar, müsbət düşüncələr, təmiz və qonaqpərvər bir ev", - deyə müəllif sözlərini yekunlaşdırıb.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti