Xəzər Xəbər

Ürək xəstəliyinin ilkin əlaməti tapıldı: Sizdə bu ağrı varsa...

Cəmiyyət | 09:17 • 30 İyul 2022
Ürək xəstəliyinin ilkin əlaməti tapıldı: Sizdə bu ağrı varsa...

Ayaqdakı bu əlamət ürək xəstəliyinin əlamətidir.

Mütəxəssislər gündəlik həyatımızda başımıza gələn və fərqində olmadığımız bəzi əlamətlərin ürək çatışmazlığı kimi ciddi bir xəstəliyin əlaməti ilə əlaqəli olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, bədənin sağlamlığında pozuntular olduqda müxtəlif siqnallar verə bilər. Gün ərzində geyindiyiniz corabları çıxardığınız zaman topuqlarınızda corab izləri periferik ödəm əlaməti ola bilər. (Periferik ödəm ayaqlarda suyun yığılması və ifraz olunmamasıdır). Bu nahiyələrdə yığılan ödəm ayaqlarda şişkinliyə səbəb olmaqla yanaşı, ürəklə bağlı problemlərin əsas əlamətlərindən biridir. 

Periferik ödəmi olan hər fərddə ürək xəstəliyi olmasa da, bu ürək-damar problemlərinin əlaməti olduğu üçün həkimə müraciət edərək müşahidə altında saxlanılmalıdır. Mütəxəssislər ödəmin ürəkdə meydana gələ biləcək problemlərin əhəmiyyətli bir əlaməti olduğunu vurğulayırlar./azxəbər

Xəbər lenti