Xəzər Xəbər

Həkimdən xəbərdarlıq: Yayda dönərdən az istifadə edin

Cəmiyyət | 17:27 • 23 İyun 2022
Həkimdən xəbərdarlıq: Yayda dönərdən az istifadə edin

Bəzi ictimai-iaşə obyektlərində soyuq zəncirvari sistem qorunmur. Bu səbəbdən də yay aylarında qida zəhərlənmələri artır.

XəzərXəbər-in xəbərinə görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova bildirib ki, xüsusi ilə dönər və digər “fast-food” satışı həyata keçirilən yerlərdə bu qaydalara əməl olunmur:

“Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi olaraq soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklərə görə gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin. Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”.

Ehtiyatı əldən verən və zəhərlənən insanlara tibbi yardımlar fərqli tətbiq olunmalıdır. Həkim A.Məmmədova sözlərində görə, belə hallarda böyüklərə və uşaqlara ayrıca yanaşma tələb olunur:

“Uşaqlarda zəhərlənmə baş verdiyi zaman çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir. Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye verilməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir. Yetkin insanlarda zəhərlənmə baş verdiyi zaman 10 ədəd aktivləşdirilmiş kömür əzib içmək lazımdır. Həmçinin bol miqdarda maye qəbulu vacibdir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanda həkimə müraciət etməkdir.

Zəhərlənmələrdən yayınmaq üçün qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması qaydalarına, o cümlədən gigiyenaya diqqət edin!”

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti