Xəzər Xəbər

Məktəb direktoru niyə özünü öldürmək istədi? ŞOK İDDİA

Cəmiyyət | 13:50 • 23 İyun 2022
Məktəb direktoru niyə özünü öldürmək istədi?

Ötən gün Gəncədə məktəb direktoru intihara cəhd edib.

Yerli mətbuatda yayılan məlumata görə, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək özünü öldürmək istəyib. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib. Direktorun həyatı xilas edilib.

Direktorun özünü öldürmək istəməsinin səbəbini öyrənmək üçün onun çalışdığı məktəblə əlaqə saxladıq. Məktəbin direktor müavini Tahirə Həsənova açıqlamasında bildirib ki, M.Qarayeva Gəncə Regional Təhsil İdarəsinin basqılarına dözməyərək, özünü öldürmək istəyib.

İddiaya əsasən, təhsil idarəsindən direktora işdən çıxması üçün ərizə yazmağı tapşırılıb. Lakin o, buna əməl etmədikdə, təzyiqlə üzləşib. 

“Həm müəllim kollektivi, həm də valideynlər direktorumuzdan razıdırlar, sadəcə təhsil idarəsi öz adamını məktəbə təyin etmək üçün Mətanət müəlliməyə basqılar etdi, o da belə yola əl atdı, indi xəstəxanada reanimasiyadadır, sistemlər qəbul edir", - deyə direktor müavini vurğulayıb.

Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramilə Məmmədova bildirib ki, səslənən iddialar həqiqəti əks etdirmir.

“Biz direktorun ailəsilə əlaqə saxlamışıq. Onlar bildirdilər ki, direktor içdiyi dərmanın dozasını artıq qəbul etdiyi üçün zəhərlənib, yəni intihar etməyib”.

R.Məmmədova qeyd edib ki, hazırda məsələ ilə bağlı araşdırmalar gedir. (Modern.az)

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti