Xəzər Xəbər

Bakıda ilk kondisionerli avtobus dayanacağı istifadəyə verildi

Cəmiyyət | 16:20 • 22 İyun 2022
Bakıda ilk kondisionerli avtobus dayanacağı istifadəyə verildi

Bakıda sərnişinlərə komfort temperatur şəraitində avtobusun gəlməsini gözləməyə imkan verən ilk kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı istifadəyə verilib.

XəzərXəbər "caliber.az"a istinadən xəbər verir ki, avtobus dayanacağı Bakının Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, “Memar Əcəmi” metrostansiyasının çıxışının düz yanında, pilot Hüseynbala Əliyevin adını daşıyan küçədə quraşdırılıb.

Belə bir dayanacağın quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsüdür.

Xəbər lenti