Xəzər Xəbər

Ən çox görülən ölüm səbəblərindən biri: Səssiz və qəfil gəlir

Cəmiyyət | 17:51 • 22 İyun 2022
Ən çox görülən ölüm səbəblərindən biri: Səssiz və qəfil gəlir

Yay mövsümünün gəlişi və məktəblərin bağlanması ilə hovuz və dəniz mövsümü də başlayır. Bu dövrdə müxtəlif infeksiyalar kimi görə boğulma hallarında artım olur.

Mütəxəssislər bildirir ki, suda boğulmaların gözlənilməz qəza ölümlərinin üçüncü ən çox görülən səbəblərdəndir. Qeyd edilir ki, bu cür hallar ən çox qəfil yoxa çıxma və ya su üzərində üzən cansız meyit şəklində müşahidə olunur. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il orta hesabla 400 min insan suda boğularaq ölür.

Mütəxəssislərin sözlərinə görə, uşaqlarda boğulma hallarının ən riskli qrupu 1-4 yaş arasındadır. 

Tanınmış türkiyəli həkim, Dr. Şirin Seçkin hovuz və dənizlərdə başqa bir təhlükənin infeksiyalar olduğunu vurğulayıb: "Bəzi viruslar və bakteriyalar hovuz suyunda uzun müddət qala bilər. Qulaq infeksiyaları yay aylarında uşaqlarda daha çox rast gəlinir”.

"Peyvəndi tam olmayan uşaqları hovuza salmaq olmaz. Çünki bu, ən qorxulu "polio”, yəni uşaq iflici virusuna səbəb ola bilər”, deyə o, əlavə edib./Azxəbər

Xəbər lenti